Rusiyada koronavirusdan ölənlərin sayı 5215 oldu

  03 İyun 2020    Oxunub : 2505
Rusiyada koronavirusdan ölənlərin sayı 5215 oldu
Rusiyada son sutka ərzində daha 8536 nəfər koronavirusa yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma sayı 432 277 nəfərdir.

Son bir gündə virusdan 178 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5215-ə yüksəlib. İndiyədək 195 957 xəstə sağalaraq evə buraxılıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Koronavirus