Erməni deputat: “Hökumət xalqı qoruya bilmir”

  03 İyun 2020    Oxunub : 2482
  Erməni deputat:  “Hökumət xalqı qoruya bilmir”
Ermənistan xalqı hökumətin onu qoruya bilmədiyini görür. Vətəndaşların uzun müddətdir heç bir qaydaya əməl etməmələri də səhiyyə nazirinə etimadsızlığını göstərir.
Azvision.az xəbər verir ki, bunu “Parlaq Ermənistan” partiyasından olan deputat Mane Tandilyan deyib.

Onun sözlərinə görə, hökumət koronavirusla mübarizədə uğursuz oldu, çünki tədbirlər vaxtında görülməli idi.

"Xalq arasında koronavirusa qarşı qeyri-ciddi münasibət yayılıb. Ümid edirəm ki, vətəndaşlarımız bir vaxtlar virusun yayılmasına istehza ilə yanaşan və indi çaxnaşma içində olan hökumətdən daha ehtiyatlı olacaqlar", - deyə Tandilyan vurğulayıb.

Paşinyanın avtobusa xeyli adamın minməsinə dair yaydığı fotonu şərh edən deputat sual edib: "Nazirlər Kabineti bu şəhərdə kifayət qədər avtobusun olub-olmamasından xəbərdardır? Burada artıq hökumətin acizliyini görürəm”.

Tandilyan, həmçinin deyib ki, Nazirlər Kabineti tədricən koronavirusla mübarizənin məsuliyyətini vətəndaşların çiyinlərinə qoyur:

“İnsanlar fövqəladə vəziyyətdə hökumətin onu qoruya bilmədiyini və tədricən bu məsuliyyəti üzərindən atdığını görür. Təkəbbürü bir kənara qoyub, bu vəziyyətdən necə çıxacağımızı bilən xarici mütəxəssisləri cəlb etməliyik".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Paşinyan