Koronavirusa yoluxanların sayı 6,5 milyonu keçdi

  03 İyun 2020    Oxunub : 3115
   Koronavirusa yoluxanların sayı 6,5 milyonu keçdi
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 514 min 429 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 384 min 645 nəfərdir. İndiyədək 3 milyon 101 min 151 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus   Pandemiya