Qırğızıstanda 372 tibb işçisində virus aşkarlandı

  04 İyun 2020    Oxunub : 1799
Qırğızıstanda 372 tibb işçisində virus aşkarlandı
Qırğızıstanda son bir gündə COVID-19 infeksiyasına 28 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin COVID-19-la Mübarizə üzrə Qərargahından bildirilib.

Qeyd edilib ki, koronavirusa yeni yoluxanlardan 7-si tibb işçisidir. Müalicə alan 27 pasiyent sağalıb.

Ölkədə virusa yoluxanların ümumi sayı 1899 nəfərdir. İndiyədək 1292 xəstə sağalıb, 20 nəfər vəfat edib. Bu günə kimi 372 tibb işçisində yoluxma halı təsdiqlənib.

Azvision.az

Teqlər: Qırğız   Koronavirus