Ermənistanda 176 nəfər koronavirusdan öldü - Rekord yoluxma

Ermənistanda 176 nəfər koronavirusdan öldü -  Rekord yoluxma
  04 İyun 2020    Oxunub:3202
Ermənistanda son sutka ərzində 697 nəfər koronavirusa yoluxub.
Azvision.az “Aysor.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayımda bildirib.

“Bizim pis xəbərimiz var. 697 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər vəfat edib. Koronavirusa yoluxmuş daha 9 nəfər digər xəstəlikdən vəfat edib. Bu, o deməkdir ki, tibb müəssisələrimiz artıq müalicəyə ehtiyacı olan yeni xəstələri qəbul etmək imkanında deyil”, - deyə Paşinyan vurğulayıb.

Xatırladaq ki, Ermənistanda koronavirusa yoluxanların sayı 11 221 nəfərə çatıb, 176 xəstə ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti