Tramp Çin lideri ilə ünsiyyətdə fasilə elan edib

Tramp Çin lideri ilə ünsiyyətdə fasilə elan edib
  04 İyun 2020    Oxunub:2538
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə uzun müddətdir ünsiyyətdə olmadığını deyib.
Azvision.az xəbər verir ki, bu barədə Tramp "Newsmax"a müsahibəsində söyləyib.

O, Çinin COVID-19 pandemiyasının fəsadları üçün məsuliyyət daşıdığına əminliyini ifadə edib, vurğulayıb ki, səlahiyyətlilər virusun yayılmasının qarşısını ilkin mərhələdə almalı idilər.

Bununla belə, ABŞ lideri Si Cinpinə qarşı fərdi sanksiyalar məsələsinə baxılmadığını bildirib.

Ticarət əlaqələrinə toxunan Tramp hesab edir ki, ABŞ sanksiyalarının tətbiq edilməsinə görə, keçən il Çin iqtisadiyyatı üçün son 67 ildə ən pis il olub. Buna baxmayaraq, ölkələr "tarixdə ən böyüklərindən biri" olan ticarət sazişi bağlaya biliblər.

Xatırladaq ki, Vaşinqton dəfələrlə Pekini koronavirusun yayılması ilə əlaqədar ittiham edib. Çin hakimiyyəti isə iddiaları rədd edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Çin   Tramp  





Xəbər lenti