Corc Floyd koronavirusa yoluxubmuş

Corc Floyd koronavirusa yoluxubmuş
  04 İyun 2020    Oxunub:3514
ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən saxlanılarkən boğularaq öldürülən Corc Floydun meyitinin müayinəsi zamanı onda koronavirus aşkarlanıb.
Azvision.az "Fox News"a istinadən xəbər verir ki, tibbi müayinə şöbəsi tərəfindən yayılan hesabatda Floydun ölümünün səbəbləri açıqlanıb.

Məlumata görə, onun burnundan yaxma götürülüb və COVID-19 testi müsbət nəticə verib. Floydda xəstəliyin tamamilə simptomsuz olduğu, ağciyərlərinə zərər verilmədiyi qeyd edilib.

Xatırladaq ki, mayın 25-də polis Corc Floydu saxladıqdan sonra onu yerə uzadaraq dizi ilə boğmağa başlayıb. Floyd huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Floydun ölümü təkcə ABŞ-da deyil, Kanada, Britaniya, Almaniyada və dünyanın digər ölkələrində kütləvi etirazlara səbəb olub. ABŞ-ın 40-dan çox şəhərində iğtişaşlardan sonra komendant saatı tətbiq edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Floyd  





Xəbər lenti