Ermənistanda acınacaqlı vəziyyət: Xəstəxanalarda boş yer yoxdur

Ermənistanda acınacaqlı vəziyyət:  Xəstəxanalarda boş yer yoxdur
  04 İyun 2020    Oxunub:2994
Dövlət tibb müəssisələrində boş çarpayılar yoxdur. Tibbi işçilərinin dəstəyə ehtiyacı var.
Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Arman Babacanyan deyib. O, zəruri hallarda bələdiyyə binalarının həkimlərin və koronavirusa yoluxmuş vətəndaşların ehtiyacları üçün ayrılmasını təklif edib.

Bundan əlavə, deputat zərurət yaranacağı halda, meriya, regional idarələr, hətta parlament binasını da xəstəxanaya çevirməyi təklif edib.

Babacanyan həmkarlarını işdən sonra həkimlərə və polisə qoşulub, mümkün olan köməkliyi göstərməyə dəvət çağırıb.

Qeyd edək ki, son 24 saat ərzində Ermənistanda təxminən 700 nəfər COVID-19 virusuna yoluxub. Bununla da yoluxma sayı 11221-ə yüksəlib, 176 xəstə infeksiyadan ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti