Yunan nazir Türkiyəni müharibə ilə hədələdi

Yunan nazir Türkiyəni müharibə ilə hədələdi
  05 İyun 2020    Oxunub:2569
Yunanıstanın Milli Müdafiə naziri Nikos Panayotopoulos ölkəsinin Türkiyəyə qarşı hərbi əməliyyat aparmağa hazır olduğunu bəyan edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, nazir son vaxtlar onlara qarşı təxribatların artdığını deyib.

"Türkiyənin davranışı olduqca aqressivdir. Hesab edirəm ki, bu cür davranışın öhdəsindən gəlməyin yeganə yolu bir tərəfdən bütün diplomatik silahlarından istifadə etmək, digər tərəfdən isə silahlı qüvvələrin gücünü artırmaqdır”, - nazir bildirib.

Yunanıstanın münaqişənin hərbi yolla həllinə hazır olub-olmadığına gəlincə, o, "istənilən vəziyyətə hazırıq" - deyə cavab verib.

"Əlbəttə, hərbi iştirak da daxil olmaqla, mümkün olan hər şeyə hazırıq. Biz bunu istəmirik, lakin suveren hüquqlarımızı mümkün qədər qorumaq üçün əlimizdən gələni edəcəyimizi bəyan edirik".

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin rəsmi qəzeti Yunanıstan adalarına yaxın bir rayonda Türkiyə neft şirkətinin karbohidrogen tədqiqatına və istehsalına dair lisenziya almaq üçün müraciətiətini dərc edib. Yunanıstanın xarici işlər naziri Nikos Dendias isə ölkəsinin kontinental şelfində neft və qaz kəşfiyyatı üçün lisenziyanın verilməsini təxribat adlandırıb. Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis 3 iyun tarixində bununla bağlı Avropa İttifaqı rəhbərliyinə məktub göndərib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yunanıstan   Türkiyə  





Xəbər lenti