İran gəmisi batdı: Ölən və itkin düşənlər var

  İran gəmisi batdı:  Ölən və itkin düşənlər var
  05 İyun 2020    Oxunub:3659
İranın yük gəmisi İraqın ərazi sularında batıb. Hadisə nəticəsində azı bir nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Liman və Dənizçilik Təşkilatından məlumat verilib.

Bildirilib ki, iyunun 2-də İraqın Umm-Kəsr liman şəhərinə gedən "Behbehan" adlı yük gəmisi Hor Abdullah kanalında batıb.

Gəminin ekipajı 7 nəfərdən ibarət olub, onlardan biri ölüb, dörd nəfər xilas edilib, daha iki nəfər isə itkin düşüb. Hazırda İran itkin düşmüş şəxslərin axtarışı üçün İraq xilasedicilərinin əməliyyatına qoşulmağı planlaşdırır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   İraq   gəmi  





Xəbər lenti