Paşinyanın reytinqi kəskin şəkildə azalıb

 Paşinyanın reytinqi kəskin şəkildə azalıb
  05 İyun 2020    Oxunub:2917
Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşüb, üstəlik bu da hələ son deyil.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “İrates” nəşri yazıb.

"Koronavirus kontekstində sorğu keçirmək bir az çətindir. Lakin aydındır ki, koronavirus bumu, iqtisadi çöküş, qızıl, siqaret, silah qalmaqalından sonra nəinki Paşinyanın reytinq azalıb, ona qarşı insanların qəzəbi də artıb", - deyə məqalədə vurğulanıb.

Qeyd edilib ki, yaxın gələcəkdə ekspertlər hansı daxili siyasi hadisələrin həlledici, aktiv mərhələyə girəcəyindən asılı olaraq reytinq cədvəlini dərc edəcəklər.

Məlumatlı mənbələrə görə, iyul-oktyabr aylarında Ermənistanda fərqli hadisələr baş verəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti