“Paşinyan dövləti lağ obyektinə çevirib” - Sabiq MTX rəhbəri

 “Paşinyan dövləti lağ obyektinə çevirib” -  Sabiq MTX rəhbəri
  05 İyun 2020    Oxunub:3163
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan baş nazir Nikol Paşinyanın dövləti lağ obyektinə çevirdiyini deyib.
Azvision.az xəbər verir ki, bu barədə sabiq MTX rəhbəri sosial şəbəkə hesabında yazıb.

Paşinyanın öz “Facebook” səhifəsində mövcud karantin qaydalarının pozulmasını əks etdirən video, fotolar yayımlamasına münasibət bildirən Vanetsyan deyib: “Bu, fotokampaniya son dərəcə diqqətsiz və səriştəsiz aparılır. Dövləti lağ obyektinə çevirmək günahdır. Bunu etmə, sadəcə etmə”.

Xatırladaq ki, bir neçə gün əvvəl Paşinyan vətəndaşlara epidemiyanın yayılması əleyhinə tədbirləri pozan şəxslərin fotolarını çəkib ona göndərməklə bağlı çağırış edib. Artıq Paşinyan bir neçə gündür ki, “Facebook” səhifəsində həmin video və fotoları yayımlayır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti