Fransa səfiri Qarabağı müzakirə etdi

Fransa səfiri Qarabağı müzakirə etdi
  05 İyun 2020    Oxunub:3347
Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə səfir “Twitter”də paylaşım edib.

“Tural Gəncəliyev və komandası ilə onun prioritetləri - hər şeydən əvvəl dialoqun təşviqi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair çox yaxşı söhbətimiz oldu”, -deyə diplomat qeyd edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: DağlıqQarabağ  





Xəbər lenti