Türkiyədə küçəyə çıxma qadağası ləğv olundu

Türkiyədə küçəyə çıxma qadağası ləğv olundu
  05 İyun 2020    Oxunub:2736
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həftəsonu 15 vilayətdə tətbiq ediləcək küçəyə çıxma qadağasını ləğv edib.
Azvision.az xəbər verir ki, bu barədə Ərdoğan “Twitter” hesabında məlumat yayıb.

“Məlum olduğu kimi, epidemiya dövründə insanları koronavirusdan qorumaq üçün bir çox tədbirlər həyata keçirdik. Bu məhdudiyyətlərdən biri bütün Türkiyəyə və ya müəyyən vilayətlərə tətbiq etdiyimiz küçəyə çıxma qadağası idi.

Əslində, son məhdudiyyətdən sonra yenidən bu metoddan istifadə etməyi düşünmürdük. Ancaq bir anda 700-ə qədər olan gündəlik yoluxmaların sayı demək olar ki, minə çatıb. Bu mənfi inkişafdan sonra eyni qadağanı yenidən tətbiq etməyi düşünürdük.

Yeganə məqsədi xəstəliyin yayılmasının qarşısını almaq, vətəndaşlarımızı qorumaq olan bu qərarın fərqli sosial-iqtisadi nəticələrə səbəb olacağı aydındır. Lakin 2,5 aylıq fasilədən sonra yenidən gündəlik həyatını təşkil etməyə başlayan vətəndaşlarımızın sıxıntı keçirməsinə könlümüz razı olmazdı. İnsanlarımızı gigiyenik qaydalara əməl etməyə çağırırıq", - deyə Ərdoğan qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti