İranda daha 2886 nәfәr koronavirusa yoluxdu - 63 ölü

İranda daha 2886 nәfәr koronavirusa yoluxdu -  63 ölü
  05 İyun 2020    Oxunub:2742
İranda son sutka әrzindә daha 2886 nәfәr koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, virusa yoluxanların sayı 167 156 nәfәrә yüksәlib, xəstələrdən 2573-nün vәziyyәti ağırdır.

Son bir gündə daha 63 nәfәr koronavirusdan ölüb, pandemiya qurbanlarının ümumi sayı 8134 nəfərdir. İndiyәdәk 129 741 xəstə koronavirusdan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti