Estoniya xaricə uçuşlara qoyulan qadağanı uzatdı

Estoniya xaricə uçuşlara qoyulan qadağanı uzatdı
  05 İyun 2020    Oxunub:3517
Estoniya koronavirusun yayılma riski yüksək olan Rusiya və digər ölkələrə uçuşlara qoyulan qadağanı iyunun 21-dək uzadıb.
Azvision.az xəbər verir ki, bu barədə İqtisadi işlər və rabitə naziri Taavi Aas bildirib.

Onun sözlərinə görə, uçuşların qadağan edilməsi və ya icazə verilməsi qərarı müəyyən bir ölkədə koronavirus barədə məlumatlar əsasında qəbul edilir.

“Uçuşlara son 14 gündə COVID-19 olan xəstələrin sayının hər 100 min əhaliyə 25 nəfərdən çox olmamaq şərtilə icazə verilir. 1 iyun tarixinə həmin sayın yüksək olduğu ölkələr sırasında İsveç, Birləşmiş Krallıq, Portuqaliya, Belarus, ABŞ, Rusiya və Belçika var. Həmin ölkələrdə yoluxanların sayı azalmağa başlayarsa, uçuşlar bərpa ediləcək ", - deyə nazir əlavə edib.

Eyni zamanda, istiqamətlərin açılması qaydalardan və təyinat ölkəsinin özündən asılıdır. Estoniyada olduğu kimi, digər ölkələrə daxil olanda səyahət planlaşdırarkən nəzərə alınmalı olan daxili məhdudiyyətlər tətbiq olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Estoniya  





Xəbər lenti