Ermənistanda 100 polis koronavirusa yoluxub

 Ermənistanda 100 polis koronavirusa yoluxub
  05 İyun 2020    Oxunub:3333
Ermənistanda koronavirus infeksiyasına yoluxmuş polis əməkdaşlarının sayı 100-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə polis rəisi Arman Sarkisyan bildirib.

Onun sözlərinə görə, virusa yoluxmuş polislər təcrid edilib, bəzilərinin vəziyyəti ağır olub. İndi onların səhhəti normallaşmağa doğru gedir.

Xatırladaq ki, Ermənistanda COVID-19-a yoluxanların sayı 11 817-ə çatıb. Son gün ərzində 596 yeni hadisə aşkarlanıb. 183 nəfər pandemiyanın qurbanı olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti