Rusiyanın Xalq artisti vəfat edib

Rusiyanın Xalq artisti vəfat edib
  05 İyun 2020    Oxunub:3311
Tanınmış sovet aktyoru, Rusiyanın Xalq artisti Mixail Kokşenov vəfat edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 83 yaşlı aktyorun ölüm səbəbi məlum deyil.

O, "Jenya, Jeneçka və Katyuşa", "Dauriya", "Ola bilməz!", "Çar Petr Arapa ilə evlənmə nağılı", "Kiçik faciələr", "Sportloto- 82 ", “Deribasovskayada hava yaxşıdır”, "Şirley-mirli" və digər filmlərdə oynadığı rollarla məşhurluq qazanıb.

Mərhum aktyor, həmçinin “Yeralaş” və “Fitil” kinojurnalında çəkilib, 15 filmə rejissorluq edib. 2002-ci ildə Rusiyanın Xalq artisti adına layiq görülüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MixailKokşenov  





Xəbər lenti