Türkiyədə koronavirusa yoluxanların sayı 170 minə çatır

  06 İyun 2020    Oxunub : 4085
 Türkiyədə koronavirusa yoluxanların sayı 170 minə çatır
Türkiyədə son sutka ərzində 21 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 878 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4669, yoluxanlar isə 169 218 nəfərə çatıb.

Türkiyədə indiyədək 135 322 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus