Hərbi helikopter qəzaya uğradı - Ölənlər var

  07 İyun 2020    Oxunub : 2977
Hərbi helikopter qəzaya uğradı -   Ölənlər var
İndoneziyada “Mİ-17” hərbi helikopteri qəzaya uğrayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Mərkəzi Yava əyalətində baş verib.

Təlim uçuşlarını yerinə yetirən helikopterin qəzaya düşməsi nəticəsində 5 nəfər həlak olub, 5 hərbçi ağır yaralanıb.

Qəzanın səbəbləri məlum deyil. "Mİ-17" helikopterinin yerə çırpıldıqdan sonra yandığı bildirilib.

Azvision.az

Teqlər: Helikopter   Qəza