Hindistanda bir gündə 9 mindən çox yoluxma aşkarlandı

Hindistanda bir gündə 9 mindən çox yoluxma aşkarlandı
  07 İyun 2020    Oxunub:3247
Hindistanda son sutka ərzində 9 min 97 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların sayı 246 min 628 nəfərə çatıb. İndiyədək 119 min 292 xəstə sağalıb. Pandemiya qurbanlarının sayı 287 nəfər artaraq 6929-a yüksəlib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   virus  





Xəbər lenti