Ukraynada 2 minə yaxın uşaq koronavirusa yoluxub

Ukraynada 2 minə yaxın uşaq koronavirusa yoluxub
  07 İyun 2020    Oxunub:3447
Ukraynada son sutka ərzində 485 nəfər koronavirusa yoluxub. Onlardan 29-u uşaq, 24 nəfəri tibb işçisidir.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 26 min 999-a çatıb. Onlardan 1932-si uşaq, 5050 nəfəri tibb işçisidir.

Koronavirus qurbanlarının sayı 11 nəfər artaraq 788-ə yüksəlib. İndiyə kimi 12 054 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   virus  





Xəbər lenti