Zaxarovaya səfir diplomatik rütbəsi verildi

Zaxarovaya səfir diplomatik rütbəsi verildi
  08 İyun 2020    Oxunub:3226
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti müvafiq fərman imzalayıb.

Xatırladaq ki, Mariya Zaxarova 2015-ci il avqustun 10-dan Rusiya Xarici İşlər Nazirliyinin Məlumat və Mətbuat Departamentinin direktoru, XİN-nin rəsmi nümayəndəsidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti