Afrikada COVID-19-a yoluxma sayı 188 minə çatır

Afrikada COVID-19-a yoluxma sayı 188 minə çatır
  08 İyun 2020    Oxunub:2810
Afrikada yeni növ koronavirusa yoluxanların sayı 187 min 875 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının regional nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, pandemiya qurbanlarının sayı 5140 nəfərdir. İndiyədək 82 mindən çox xəstə sağalıb.

Yoluxma halı ən çox Cənubi Afrikada (48 285) qeydə alınıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Afrika   virus  



Xəbər lenti