Ermənistan prezidenti yeni təyinatları təsdiqlədi

Ermənistan prezidenti yeni təyinatları təsdiqlədi
  08 İyun 2020    Oxunub:2922
Ermənistan prezidenti Armen Sarkisyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyanın, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan və polis rəisi Arman Sarkisyanın vəzifələrindən azad olunmaları barədə sərəncam imzalayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sərəncamlar baş nazirin təklifi əsasında imzalanıb.

Prezident Sarkisyan, həmçinin Onik Kasparyanın Baş Qərargah rəisi, Arqişti Kyaramyanın Milli Təhlükəsizlik Xidmətinin direktoru, Vaqe Kazaryanın isə Polis rəisi vəzifəsinə təyin edilmələri ilə bağlı müvafiq sərəncamlara imza atıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArmenSarkisyan  



Xəbər lenti