Axtarışda olan təhlükəli terrorçu məhv edildi

Axtarışda olan təhlükəli terrorçu məhv edildi
  09 İyun 2020    Oxunub:4456
Türkiyənin Tunceli vilayətində zərərsizləşdirilən altı terrorçudan biri axtarışda olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində məhv edilən “Doktor Deniz” ləqəbli PKK terrorçusu Sadık Akmazın saxlanılması üçün 1 milyon türk lirəsi mükafat ayrılmışdı.

S.Akmaz bir sıra terror aktlarının təşkilində ittiham olunaraq axtarışa verilmişdi.

Azvision.az


Teqlər: Türkiyə   PKK   Terror  



Xəbər lenti