Ermənistanda polis sabiq deputatın qardaşı oğlunu döydü - VİDEO

Ermənistanda polis sabiq deputatın qardaşı oğlunu döydü -  VİDEO
  09 İyun 2020    Oxunub:3665
Ermənistanda polis iş adamı, sabiq deputat Samvel Aleksanyanın qardaşı oğlu, İrəvanın Malatiya-Sebastiya rayonunun keçmiş rəhbəri Artak Aleksanyana qarşı zor tətbiq edib.

Azvision.az xəbər verir ki, erməni KİV-lərində polis zorakılığını əks etdirən kadrlar yayılıb.
Belə ki, polis onu asfaltın üzərinə uzadıb. Həmçinin, polis Aleksanyanın həyat yoldaşı, Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyasından olan, avtoritet kimi tanınan Roman Muradyan və həyat yoldaşına qarşı da zor tətbiq edib, onları döyərək maşına mindirib.

Samvel Aleksanyanın qardaşı oğlu qulaq nahiyəsindən ağır xəsarət alıb və əməliyyata götürülüb.

Hadisəyə səbəb kimi polisin onlardan kobud şəkildə restoranı tərk etmək tələbi olub.



Pərvanə Sultanova
Azvision.az


Teqlər:



Xəbər lenti