Ermənistanda daha 350 nəfər koronavirusa yoluxdu

Ermənistanda daha 350 nəfər koronavirusa yoluxdu
  09 İyun 2020    Oxunub:2963
Ermənistanda son sutka ərzində koronavirusa (COVID-19) 350 nəfər yoluxub, bununla aşkar edilmiş ümumi yoluxma sayı 13 675-ə çatıb.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, gün ərzində xəstəlikdən 6 nəfər ölüb.

Ölkədə pandemiya qurbanlarının sayı 217-yə yüksəlib. Koronavirusa yoluxan, lakin başqa xəstəlikdən ölənlərin sayı 74-dür. İndiyədək 4451 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti