Paşinyan Rusiyanın təklifini qəbul etdi

Paşinyan Rusiyanın təklifini qəbul etdi
  09 İyun 2020    Oxunub:2692
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya tərəfinin dəvəti ilə Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə iyunun 24-də keçiriləcək paradda iştirak üçün Moskvaya gedəcək.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyanın sözçüsü Mane Qevorqyan deyib.

"Baş nazir dəvəti qəbul etdi və paradda olacaq", - Qevorqyan bildirib.

O, Paşinyanın Moskvaya nə vaxt gedəcəyini hələ dəqiq bilmədiyini və bunun baş nazirin qrafikindən asılı olduğunu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Moskva   Paşinyan  



Xəbər lenti