Paşinyan Ter-Petrosyanla gizli görüşüb?

Paşinyan Ter-Petrosyanla gizli görüşüb?
  09 İyun 2020    Oxunub:2686
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin ilk prezidenti Levon Ter-Petrosyanla görüşməsi barədə məlumatlar həqiqətə uyğun deyil.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Mane Qevorqyan deyib.

"İnqilabdan sonra baş nazir Levon Ter-Petrosyanla yalnız bir dəfə görüşüb və bu, 2018-ci ildə olub. Bundan sonra onlar görüşməyib”, - deyə Qevorqyan əlavə edib.

O, Paşinyanın koronavirus səbəbindən təcrid olunduğunu və bu müddət ərzində heç kimlə görüşmədiyini, baş nazirin yeganə ünsiyyət vasitəsinin videozənglər və gündəlik brifinqlər olduğunu bildirib.

Daha əvvəl Ermənistan mediası Paşinyan və Ter- Petrosyanın daxili siyasi məsələləri müzakirə etdiklərini, nəticə olaraq Milli Təhlükəsizlik Xidməti direktorunun və polis rəisinin vəzifədən azad edilmələri barədə qərar qəbul edildiyini yazıb. Ter-Petrosyanın koronavirusla mübarizə mövzusunda Paşinyana bəzi məsləhətlər verdiyi də vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  



Xəbər lenti