Belarusda koronavirusa yoluxanların sayı 50 mini ötüb

Belarusda koronavirusa yoluxanların sayı 50 mini ötüb
  09 İyun 2020    Oxunub:3046
Belarusda son sutka ərzində daha 821 nəfər koronavirusa yoluxub, bununla aşkar edilmiş ümumi yoluxma sayı 50 265-ə çatıb.
Azvision.az Belarusun Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bir gündə 6 xəstə vəfat edib.

Epidemiya başlayandan bəri 282 nəfər infeksiyadan həyatını itirib.

Daha əvvəl ölkədə gündəlik yoluxma sayı 900-dən çox olurdu. Son günlər azalma müşahidə edilir.

Mayın 21-də Belarus lideri Aleksandr Lukaşenko ölkədə epidemioloji vəziyyətin getdikcə yaxşılaşdığını, lakin hələ arxayınlaşmaq üçün tez olduğunu deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  



Xəbər lenti