Almaniyada 400 min tibbi maska oğurlanıb

Almaniyada 400 min tibbi maska oğurlanıb
  09 İyun 2020    Oxunub:2693
Almaniyanın Baden-Vürttemberq federal əyalətində naməlum şəxslər 400 min tibbi maska daşıyan furqonu oğurlayıblar.
Azvision.az xəbər verir ki, bu barədə alman polisi məlumat yayıb.

Məlumata görə, 34 yaşlı sürücü restoranın qarşısındakı avtobus dayanacağında avtomobili park edib. Kafedə təxminən 10 dəqiqə olub, qayıdanda furqonun itdiyini görüb.

Bir müddət sonra furqon tapılsa da, 400 min maska oğurlanıb.

Polis istintaqı davam etdirir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Maska  



Xəbər lenti