Türkiyədə koronavirusa yoluxma sayı 172 mini keçdi

   Türkiyədə koronavirusa yoluxma sayı 172 mini keçdi
  10 İyun 2020    Oxunub:3413
Türkiyədə son sutka ərzində 18 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 993 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4729, yoluxanlar isə 172 114 nəfərə çatıb.

Türkiyədə indiyədək 144 598 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az




Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti