Bir gündə 109 minə yaxın insan koronavirusa yoluxdu

   Bir gündə 109 minə yaxın insan koronavirusa yoluxdu
  10 İyun 2020    Oxunub:3374
Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.
Azvision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Hesabata əsasən, ötən sutka ərzində 108 918 nəfər yeni növ koronavirusa yoluxub, 3539 nəfər isə dünyasını dəyişib.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 7 milyon 267 min 882 nəfərdir. İndiyədək 411 mindən çox insan pandemiyanın qurbanı olub.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  



Xəbər lenti