ABŞ-ın 14 ştatında koronavirusa yoluxma kəskin artıb
Nəşr yazıb ki, Alyaskada, Arizona, Arkanzas, Texas, Kaliforniya, Şimali Karolina, Cənubi Karolina, Florida, Kentukki, Nyu-Meksiko, Missisipi, Oreqon, Tennesi, Yuta, həmçinin Puerto Rikoda (ABŞ-ın idarəçiliyi altında olan sərbəst assosiasiyalı dövlət) son bir həftədə ən yüksək göstəricilər qeydə alınıb.
İlk dalğa Nyu-York, Çikaqo kimi sıx məskunlaşmış şəhərlərdə baş verib. İndi isə bu tendensiya özünü ölkənin digər bölgələrində göstərir.
ABŞ-ın Con Hopkins institutunun son məlumatına görə, ölkədə COVID-19-a 1,96 milyon yoluxma aşkarlanıb, təxminən 112 min nəfər ölüb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ABŞ







Vaxtında, Aydın, Lazımlı!


