Paşinyan daha bir vəzifəli şəxsi işdən qovmağa hazırlaşır
Məlumata görə, buna səbəb Vardazaryanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanla yaxın münasibətlərinin olmasıdır.
“Buna görə də hakimiyyət onu qəbul etmir və yaxın günlərdə getməli olduğu artıq aydındır. Heç kimə sirr deyil ki, hakimlər, o cümlədən Ali Məhkəmə Şurası üzvləri qondarma yoxlamaya məruz qalacaqlar və ya səlahiyyətlilərin dediyi kimi əmlakları, fəaliyyətləri yoxlanılacaq. Ancaq onlar bu qədər gözləmək istəmirlər və sistemi başqa üsullarla "təmizləməyə" çalışırlar”.
Məqalədə vurğulanıb ki, Ruben Vardazaryan da bu hakimlərdən biridir. Onun “ən mənfi” xüsusiyyəti Vanetsyanla yaxınlığıdır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


