İrəvanda atışma olub, ölən var

İrəvanda atışma olub, ölən var
  10 İyun 2020    Oxunub:3163
Ermənistanın paytaxtı İrəvanda atışma baş verib.
Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

1992-ci il təvəllüdlü Aşot Petrosyan adlı paytaxt sakini güllə yarası ilə xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. İnsidentin detalları məlum deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan  



Xəbər lenti