Ermənistan koronavirusa görə dünyada 19-cu oldu

 Ermənistan koronavirusa görə dünyada 19-cu oldu
  10 İyun 2020    Oxunub:3475
Ermənistan hər milyon nəfərə düşən koronavirusa yoluxma sayına görə dünyada 19-cu yerdədir.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda ölkədə koronavirusa yoluxanların sayı 14103 nəfərdir, bu da hər milyon nəfərə 4760 yoluxma deməkdir.

Xatırladaq ki, iyunun 8-də Ermənistan bu göstərici üzrə 20-ci, iyunun 5-də 22-ci, iyunun 3-də isə 28-ci yerdə olub.

2 gün əvvəl İsveç 19-cu yerdə idi, indi 20-yə düşüb.

Son məlumatlara görə, İsveçdə hər milyon nəfərə 4549 yoluxma qeydə alınıb. İrlandiya siyahıda (1 milyon nəfərə 5110 hal) 18-cidir.

İlk üç yeri Qətər, San-Marino, Vatikan tutur və müvafiq olaraq hər milyon insana 25600, 20279 və 14981 yoluxma halı düşür.

ABŞ hələ də dünyada virusa yoluxmuş insanların mütləq sayına görə liderlik edir. Bu ölkədə 2045715 nəfərə koronavirus diaqnozu qoyulub. Hər milyon nəfərə 6182 yoluxma hesablanıb. Bu göstəriciyə görə ABŞ hazırda dünyada 12-ci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti