​Almaniyada 8755 nəfər koronavirusdan öldü

​Almaniyada 8755 nəfər koronavirusdan öldü
  11 İyun 2020    Oxunub:2490
Almaniyada son bir gündə 555 nəfər yeni növ koronavirusa yoluxub, 26 xəstə vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin tərkibinə daxil olan və COVID-19 xəstəliyinə yoluxma hallarının statistikasını aparan Robert Kox İnstitutu məlumat yayıb.

Bir gün əvvəl virusa 318 nəfər yoluxub, 18 xəstə dünyasını dəyişib.

Almaniyada aşkar edilmiş ümumi yoluxma sayı 185 416-dır, epidemiyanın başlanmasından bəri 8755 nəfər ölüb.

Ən çox yoluxma Bavariya (47 536), Şimali Reyn-Vestfaliya (38 983) və Baden-Vürttemberq (35 002) bölgələrində qeydə alınıb. Berlində cəmi 7138 nəfərdə koronavirus aşkarlanıb.

Ötən müddət ərzində 171 mindən çox insan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  



Xəbər lenti