Qonşu ölkədə 828 nəfər koronavirusa yoluxdu

Qonşu ölkədə 828 nəfər koronavirusa yoluxdu
  11 İyun 2020    Oxunub:2961
Gürcüstanda yeni növ koronavirusa yoluxanların sayı 828-ə çatıb.
Azvision.az “Stop.CoV” saytına istiandən xəbər verir ki, daha əvvəl yoluxma sayı 827 nəfər təşkil edib.

Koronavirus səbəbi ilə 3230 nəfər karantində saxlanılır, 285 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 694 nəfər sağalıb, 13 xəstə vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan  



Xəbər lenti