Saakaşvili Zelenskinin müşaviri olmaqdan imtina edib

Saakaşvili Zelenskinin müşaviri olmaqdan imtina edib
  11 İyun 2020    Oxunub:3982
Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş rəhbəri Mixail Saakaşviliyə onun islahatlar üzrə müşaviri olmağı təklif edib, lakin Saakaşili bundan imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə Zelenski özü müsahibəsində deyib.

"Biz görüşdük, o dedi ki, kömək etmək istəyir. Bir neçə dəfə görüş oldu, adekvat, müxtəlif məsləhətlərlə gəldi. Soruşdu: "Məni harada görürsünüz?" Mən də ona dedim: "İstəyirəm ki, siz özünüz düşünəsiniz, öz statusunuzu görəsiniz. Ona təklif etdim ki, islahatlar üzrə müşavirim olsun. Cavab verdi ki, bu, mənim səviyyəm deyil".

Daha sonra Zelenski Saakaşviliyə islahatlar üzrə baş nazirin müavini vəzifəsini təklif edib. Sonradan onun namizədliyi Ali Radada tələb olunan səsi almayıb. Nəticədə Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Milli İslahatlar üzrə İcraiyyə komitəsinə rəhbər təyin edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MixailSaakaşvili  





Xəbər lenti