Ukrayna səfiri Saakaşviliyə görə XİN-ə çağırıldı

Ukrayna səfiri Saakaşviliyə görə XİN-ə çağırıldı
  11 İyun 2020    Oxunub:2633
Ukrayna səfiri İqor Dolqov Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, buna səbəb sabiq prezident, Ukraynanın İslahatlar üzrə Milli Şurasının icraiyyə komitəsinin sədri Mixail Saakaşvilinin açıqlaması olub.

Xatırladaq ki, Saakaşvili “Facebook” səhifəsində yayımladığı videmüraciətdə Gürcüstan hakimiyyətini tənqid edib və hakimiyyətlə mübarizənin ön cəbhəsində olacağını, qələbə qazanacağını bildirib.

“Saakaşvilinin bu açıqlaması Ukrayna vətəndaşının başqa bir strateji tərəfdaş ölkənin işlərinə və seçki prosesinə birbaşa müdaxiləsidir. Bu mövzu ilə əlaqədar olaraq Ukrayna səfirini dəvət etdik və izahat tələb etdik", - Gürcüstanın XİN rəhbəri David Zalkaliani bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DavidZalkaliani  





Xəbər lenti