Almaniyada COVID-19-a yoluxma sayı 186 mini keçib

Almaniyada COVID-19-a yoluxma sayı 186 mini keçib
  13 İyun 2020    Oxunub:2484
Almaniyada son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 348 nəfər artaraq 186 022-yə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Son 24 saatda daha 18 nəfər COVID-19 infeksiyasından vəfat edib. Pandemiya qurbanlarının ümumi sayı 8781 nəfər olub.

Ən çox yoluxma faktı Bavariya (47 612), Şimali Reyn-Vestfaliya (39 137) və Baden-Vürttember (35 090) bölgələrində qeydə alınıb. Paytaxt Berlində yoluxma sayı 7252-dir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti