Pekində yenidən koronavirus təhlükəsi yarandı

Pekində yenidən koronavirus təhlükəsi yarandı
  13 İyun 2020    Oxunub:2485
Çinin paytaxtı Pekinin cənubundakı Fentay rayonunda yerli bazarda koronavirus aşkar edildikdən sonra hərbi vəziyyət rejimi tətbiq olunub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə rayon rəhbərliyi məlumat yayıb. Yaranmış vəziyyətlə əlaqədar operativ qərargah yaradılıb.

Daha əvvəl bazarın 45 işçisində koronavirusa yoluxma aşkarlanıb. Bazardakı insanlarla ünsiyyətdə olmuş daha dörd nəfərdə xəstəliyin əlamətləri müşahidə edilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Pekin  





Xəbər lenti