“Taliban” hərbi posta hücum edib, ölənlər var

 “Taliban” hərbi posta hücum edib, ölənlər var
  13 İyun 2020    Oxunub:2889
"Taliban" hərəkatının döyüşçüləri Əfqanıstanın Qor əyalətində təhlükəsizlik xidməti postuna hücum ediblər.
Azvision.az xəbər verir ki, bu barədə "Tolo News" polisə istinadən məlumat yayıb.

Bildirilib ki, hücum dünən axşam saatlarında Pasaband ərazisində baş verib, nəticədə 7 nəfər həlak olub. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti