Yük maşını bazara girdi, 5 nəfər öldü

Yük maşını bazara girdi, 5 nəfər öldü
  13 İyun 2020    Oxunub:2839
Vyetnamın cənubundakı Daknonq əyalətində yük maşınının bazara girməsi nəticəsində beş nəfər həlak olub.
Azvision.az “VnExpress”ə istinadən xəbər verir ki, yük avtomobili digər maşınlara çırpılıb, sonra idarəetməni itirərək bazara girib.

Hadisə nəticəsində yaralanmış 5 nəfərin vəziyyəti ağırdır. Həlak olan 5 qadın satıcı 43-60 yaş arasında olub.

Faktla əlaqədar sürücü saxlanılıb, ondan narkotik və alkoqol üçün testlər götürülüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Vyetnam  





Xəbər lenti