Rusiyada koronavirusa yoluxma sayı 520 mini keçib

 Rusiyada koronavirusa yoluxma sayı 520 mini keçib
  13 İyun 2020    Oxunub:3549
Rusiyada son sutka ərzində daha 8706 nəfər koronavirusa yoluxub, aşkar edilmiş ümumi yoluxma sayı 520 129-a yüksəlib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni yoluxma halları ölkənin 84 regionunda qeydə alınıb.

Bir gün ərzində 114 xəstə vəfat edib, bununla da pandemiya qurbanlarının sayı 6829 nəfərə çatıb.

İndiyədək virusdan 274 641 xəstə (son sutkada 5 271) sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti