Paşinyan ölkədə hərbi çevrilişin olacağından qorxur

Paşinyan ölkədə hərbi çevrilişin olacağından qorxur
  13 İyun 2020    Oxunub:3740
“Nikol Paşinyan hər kəsdən şübhələnir, amma ən çox silahlı qüvvələrdən qorxur”.

Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. Məlumata görə, Paşinyan öz yaxın ətrafında hərbi çevrilişin edilə biləcəyi şübhəsini dilə gətirib.
“Bu, David Tonoyanın son günlərdəki fəallığı, silahlı qüvvələrin siyasətə qarışmayacağı ilə bağlı əsas mesajı olan ordu konsepsiyasının dərc edilməsi ilə əlaqədardır.

Nazirin sədaqətli olacağına and içməsinə baxmayaraq, hakim dairələr Tonoyanın yerinə namizədlərin adlarını müzakirə edirlər. Onların arasında aprel döyüşlərindən sonra kəşfiyyat fəaliyyətində uğursuzluğa görə Müdafiə Nazirliyindən qovulan, baş nazirin hazırkı müşaviri Arşak Karapetyan da var”, - deyə qəzet yazıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: DavidTonoyan   Ermənistan   Paşinyan  





Xəbər lenti