Qarabağda koronavirusa yoluxanların sayı artıb

 Qarabağda koronavirusa yoluxanların sayı artıb
  13 İyun 2020    Oxunub:4097
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində daha 10 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla da Qarabağda koronavirusa yoluxanların sayı 78-ə çatıb.

Son sutkada virusa yoluxanlardan 11 nəfər sağalıb. İndiyədək sağalanların sayı 54 nəfərdir. Hazırda 91 nəfər karantində saxlanılır, 1284 test aparılıb, xəstəlikdən ölüm faktı qeydə alınmayıb.

Yeni yoluxmaların 7-si Azərbaycanın Xankəndi şəhərində qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti