Biz AP-nin üzvlərinin beynəlxalq hüquqa, eyni zamanda Avropa İttifaqı Şurasının “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti üzrə” 11 may 2020-ci il tarixili yekun qərarına əsaslanan mövqeyini alqışlayırıq. Aİ Şurasının qərarında ifadə olunduğu kimi beynəlxalq hüquqa, o cümlədən ərazi bütövlüyü, müstəqillik və suverenliyə hörmət, demokratiya, rifah və sabitlik məkanını qurmaq üçün bizim ortaq öhdəliyimizdir. Bu mövqe, həmçinin Aİ-nin özünün fundamental və institusional hüquqi norma və dəyərləri, prinsiplərinə uyğun olaraq səsləndirilib.
Bununla bağlı Ermənistanda müşahidə etdiyimiz təşvişə gəldikdə isə xatırlatmaq istərdik ki, Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı yalnız faktları ifadə edir, başqa heç bir şey yox. Biz Ermənistan hakimiyyətini beynəlxalq ictimaiyyətin qəti mövqeyini şübhə altına almağa vaxt sərf etmək yerinə, əhalisini sülhə hazırlamağa çağırırıq. Bölgədə davamlı sülh, təhlükəsizlik, sabitlik və rifaha yalnız Ermənistan təcavüzünün nəticələri aradan qaldırıldıqdan sonra, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası və yüz minlərlə Azərbaycanlı məcburi köçkünün insan hüquqları və əsas azadlıqlarına təminat verildikdən sonra nail olmaq mümkündür”.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


